Yuxarı

Kənd turizmi ilə məşğul olmaq istəyənlərin - Diqqətinə

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kənd turizmi ilə məşğul olmaq istəyənlərin - Diqqətinə

Azərbaycanda kənd-yaşıl turizmi ilə məşğul olmaq istəyən ailə kəndli təsərrüfatları sertifikasiyadan keçməli olacaqlar.

Milli Məclisdən Axar.az-a verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində nəzərdə tutulub.

Layihəyə görə, kənd-yaşıl turizmi ilə məşğul olmaq istəyən ailə kəndli təsərrüfatının ən azı bir üzvü turizm sahəsi üzrə sertifikasiyadan keçməlidir.

Sertifikasiya “Ailə kəndli təsərrüfatları haqqında” qanunun tələbləri əsasında həyata keçiriləcək.

Təsərrüfat subyektləri bunun üçün nəzarət orqanına yazılı müraciət etməlidirlər. Bildiriş daxil olduqdan sonra nəzarət orqanı ailə kəndli təsərrüfatının kənd-yaşıl turizmi ilə məşğul olmaq imkanlarını yoxlayacaq.

Xatırladaq ki, kənd-yaşıl turizmi kənd ərazilərində turistlərin yerləşdirilməsi, qidalanması, nəqliyyatı, istirahəti, eləcə də kənd ərazilərinin zəngin təbii, tarixi və mədəni dəyərləri ilə məlumatlandırma xidmətlərinin göstərilməsi ilə müşayiət olunan turizm növüdür.

Tarix
2017.01.03 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin sosial media hesablarında AQEM-lə bağlı paylaşım - Video

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla