Yuxarı

DGK-dan yük maşınlarının saxlanılması barədə - Məlumat

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
DGK-dan yük maşınlarının saxlanılması barədə - Məlumat

Dövlət Gömük Komitəsi yanvarın 7-də bir sıra KİV-lərdə İrandan gələn və Azərbaycandan tranzit keçməklə Rusiyaya kənd təsərrüfatı məhsulları aparan yük maşınlarının Astara Gömrük idarəsinin yük terminalında saxlanılması barədə yayılan məlumata münasibət bildirib.

Yayılan məlumatda nəqliyyat vasitələrinin əsassız saxlanıldığı və sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunduğu bildirilib.

DGK mətbuat xidmətindən Axar.az-a daxil olan məlumatda bildirilir ki, Astara Gömrük İdarəsinin yük terminalında saxlanılan və əksəriyyəti Rusiya Federasiyasının Dağıstan Respublikasında qeydiyyatda olan yük nəqliyyat vasitələrinin müvəqqəti saxlanılmasına səbəb sürücülərin avtomobillərə gömrük nəzarətinin keçirilməsinə mane olmalarıdır: “Belə ki, nəqliyyat vasitələrinin sürücülərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi dəfələrlə izah olunsa da, onlar müxtəlif bəhanələrlə gömrük nəzarətinin keçirilməsinə mane olmağa cəhd göstərib, əks təqdirdə isə Rusiya Federasiyasına yük daşıyan Azərbaycana məxsus nəqliyyat vasitələrinə Dağıstan Respublikası ərazisində maneə yaradacaqlarını bəyan edərək gömrük əməkdaşlarını təhdid ediblər”.

“Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə görə müvafiq gömrük orqanı lazım bildikdə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrində yoxlama apara bilər. Sürücülərdən qeyri-qanuni ödəmələrin tələb olunması barədə deyilənlər isə ümumiyyətlə həqiqətə uyğun deyil.

Sürücülər arasında aparılan izahat işləri nəticəsində artıq problem aradan qaldırılıb və yük nəqliyyat vasitələri qanunvericiliyə uyğun olaraq gömrük nəzarətindən keçirildikdən sonra təyinat məntəqələrinə yola salınıb”, -deyə DGK-nın məlumatında bildirilir.

Tarix
2017.01.07 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla