Yuxarı

Nurayın məsələsində incə məqam – Millət vəkili yazdı

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nurayın məsələsində incə məqam – Millət vəkili yazdı

Qubadan olan Nuray balamızın məsələsi bütün ölkənin diqqətini cəlb etdi. Artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi səviyyəsində xüsusi komissiya yaradılıb və səlahiyyətli qrup məsələni araşdırmaqla məşğuldur. İnanıram ki, qısa zamanda ilk növbədə uşağın mənafeyi və istəyi nəzərə alınaraq müvafiq həm hüquqi, həm də mənəvi bir qərar qəbul ediləcəkdir.

Axar.az xəbər verir ki. bu sözləri millət vəkili Aydın Mirzəzadə Quba rayonunda baş verən məlum hadisəyə münasibət bildirərkən qeyd edim. Quba Rayon Məhkəmə icraçılarının uşağı xalasından alıb, atasına verməklə bağlı məhkəmə qərarını icra edərkən qeyri-insani davranışlarına laqeyd qalmayan A.Mirzəzadə inci bir məqama da diqqət çəkib:

“Bu məsələdə adı çəkilməsə də mövcud olan və mövqeyindən çox şey asılı olan bir nəfər vardır və mən ona öz hörmətimi bildirmək istəyirəm.

Bu, Nurayın atası Əvəz Bayramovun ikinci həyat yoldaşıdır.

O, razılıq verməsəydi, Nurayın atası böyük qızını öz indiki ailəsinə aparmaq üçün məhkəməyə müraciət etməzdi. Bu qadın bilir ki, həyat yoldaşının birinci ailəsindən olan qohumları ilə anlaşılmazlıqları var və Nurayı yeni ailəyə gətirmək asan deyildir. O bilirdi ki, öz qızına böyük bacı gələ bilər, Nurayın yeni ailəyə qovuşmasının bütün ağırlığı isə onun üzərunə düşəcəkdir.

Buna baxmayaraq, daim yoldaşının yanında olub və daha bir qızının olacağına inanıb. O və həyat yoldaşı hesab ediblər ki, Nuraya yeni ailədə daha yaxşı olacaqdır.

Ancaq həyat öz sözünü deyir və bu ailənin ideal saydığı variant alınmadı. Bununla belə yenə də Nurayın atasına dəstək verən, onun bu çətin psixoloji durumunda yanında o qadın olacaqdır.

İllər keçəcək, Nuray yetkinlik yaşına çatacaq, narazılıqları unudub, atasını tanımaq və ana qohumları ilə atasını barışdırmaq istəyəcək. Və bu zaman da bu işdə ona kiçik bacısının anası kömək olacaqdır”.

Tarix
2017.01.08 / 00:20
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla