Yuxarı

Dərman qiymətləri ilə bağlı təklif

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərman qiymətləri ilə bağlı təklif

Qiymətləri dövlət tərəfindən tənzimlənən dərman vasitələrinin apteklərdə fərqli rəqəmlərlə satılması hallarına rast gəlinir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi üçün yeni metodun hazırlanmasına ehtiyac var.

M.Quliyev bildirib ki, hazırda dərmanların 95 faizi xaricdən dollarla alınır: “Dolların qiymətində isə hər gün dəyişiklik baş verdiyi üçün dərmanların qiymətinin tənzimlənməsi parkitiki olaraq hər gün aparılmalıdır, amma bu mümkün deyil. Ona görə də yeni metodika hazırlanmalıdır ki, dollara uyğun olaraq dərman qiymətləri də tənzimlənsin”.

Deputat bildirib ki, dolların qiymətində artım müşahidə olunduğu üçün sahibkarlar bəzi dərmanları ölkəyə idxal etmirlər:

“Həm həkimlərin öyrəndiyi, həm də xəstələrin tanıdığı bir sıra dərmanlar artıq gətirilmir. Həmin tərkibdə lakin yeni adda dərmanlar gətirilir ki, bu da bəzən həm həkimlər, həm də xəstələr tərəfindən ya tanınmır, ya da xəstədə həmin dərmanın təsirinə inam olmur. Mən təklif etmişdim ki, ən çox tələbat olan 500 dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın".

M.Quliyev hesab edir ki, icbari tibbi sığortanın tətbiqindən sonra vacib dərmanlar icbari tibbi sığorta paketinə daxil olunarsa, vəziyyət düzələr:

“Bundan əlavə artıq Azərbaycanda bir dərman zavodunun tikintisinə başlanılıb, yaxın vaxtlarda isə daha bir zavodun təməlinin qoyulması nəzərdə tutulur. Bizim bir neçə dərman zavodumuz olsa, onda dərmanların qiyməti dollardan asılı olmaz və əhali daha ucuz qiymətə dərman vasitələri ilə təmin olunar”.

Tarix
2017.01.09 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla