Yuxarı

Beynəlxalq kanalların sürəti artırılacaq - Yol xəritəsi

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq kanalların sürəti artırılacaq - Yol xəritəsi

Beynəlxalq şlüzlərə qoşulma təmin ediləcək və tələbata uyğun beynəlxalq kanalların sürəti artırılacaq.

Axar.az xəbər verir ki, bu barədə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Sənəddə qeyd edilib ki, telekommunikasiya bazarının inkişafı istiqamətində atılacaq növbəti addım beynəlxalq şlüzlərin rəqabət üçün açılmasından ibarət olacaq. Bu tədbirin həyata keçirilməsi provayderlərə vasitəçilərin iştirakı olmadan beynəlxalq xətləri lisenziyalaşdırmağa imkan verəcək. Tənzimləyici qurum birbaşa və dolayı çıxış üçün lisenziyaların verilməsi mexanizmini işləyib hazırlayacaq. Bazarda beynəlxalq şlüzlərə qoşulan ən azı üç milli provayderin iştirakı üçün əlverişli şəraitin yaradılması, mövcud və yeni təşkil olunan magistral kanalların alternativliyi təmin ediləcək. Mövcud və yeni yaranan beynəlxalq operatorların beynəlxalq şlüzə qoşulmasında baş verə biləcək təbii, texniki, iqtisadi və siyasi risklər nəzərə alınaraq, bir mərkəzdən asılılığı azaltmaq üçün tədbirlər nəzərdən keçiriləcək.

Tarix
2017.01.10 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla