Yuxarı

Cenevrə Konvensiyaları ilə bağlı Ermənistana çağırış

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cenevrə Konvensiyaları ilə bağlı Ermənistana çağırış

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 2016-cı il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun cəsədinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini yüksək qiymətləndirir.

Dövlət Komissiyasından Axar.az-a bildiriblər ki, son günlər Ermənistan kütləvi informasiya vasitələrində bu ölkənin rəsmi dairələrinə istinadla yayılmış məlumatlarda qarşı tərəf cəsədi qaytarmamasını heç bir məntiqə sığmayan səbəblərlə əsaslandırmağa cəhd edir. Halbuki Ermənistanın da qoşulduğu və ondan irəli gələn tələblərin yerinə yetirilməsini öhdəlik kimi üzərinə götürdüyü 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları cəsədlərin saxlanmasının hər hansı səbəbdən uzadılmasını qadağan edir.

Əvvəllər də belə hallara yol verildiyini və cəsədləri uzun müddət saxlamaq kimi qeyri-humanist hərəkətin bu ölkə tərəfindən artıq tendensiyaya çevrildiyini nəzərə alaraq, Dövlət Komissiyası aidiyyəti beynəlxalq təşkilatları bu cür halların qarşısının alınmasına və Cenevrə Konvensiyalarına əməl olunmasını Ermənistandan ciddi şəkildə tələb etməyə çağırır.

Tarix
2017.01.11 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla