Yuxarı

Gəmiçilikdə “Tax Free” sistemi tətbiq olunacaq

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəmiçilikdə “Tax Free” sistemi tətbiq olunacaq

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “Tax Free” sistemi tətbiq olunacaq.

Axar.az xəbər verir ki, bu Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”na edilən dəyişikliklərdə öz əksini tapıb.

Artıq bir neçə aydır ki, ölkəmizdə tətbiqinə başlanılan “Tax Free” sistemindən bundan sonra “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xətti ilə səfər edən xarici vətəndaşlarda istifadə edəcək. “Tax Free” sistemi vasitəsilə xarici ölkə vətəndaşı, turist ölkədən çıxarkən təqdim edilən məhsul üzrə əlavə dəyər vergisinin (ƏDV) faizi həmin şəxsə qaytarılır. Bunun üçün alınan məhsulun qəbzi olmalıdır və mağazada məhsul alınarkən xüsusi blank doldurulmalıdır. Blankda geri alınacaq məbləğin miqdarı göstərilir. Ölkəni tərk edərkən həmin sənəd gömrük orqanına təqdim edilir və məhsul üçün ödənilən ƏDV geri qaytarılır.

Tarix
2017.01.14 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Peskov: Avropalılar israr edir ki...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla