Yuxarı

Rüstəm Usubov Medvedyevin iştirak etdiyi tədbirdə

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüstəm Usubov Medvedyevin iştirak etdiyi tədbirdə

Rusiya Federasiyası baş prokurorunun dəvəti ilə Rusiya Prokurorluğunun 295 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskva şəhərinə səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka ilə görüşərək azərbaycanlı həmkarının yubiley münasibəti ilə təbriklərini çatdırıb. Görüşdə iki ölkə arasında formalaşmış zəngin tarixə malik və ilbəil daha da genişlənməklə dərinləşən münasibətlər diqqətə çatdırılmaqla, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti Dövlət Kreml Sarayında keçirilmiş təntənəli yubiley mərasimində iştirak edib. Tədbirdə Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedyev çıxış edərək Rusiya Prokurorluğunun əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Nümayəndə heyətimiz mərasimdə iştirak edən Çin, İsrail, İtaliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrin nümayəndə heyətləri, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri, MDB iştirakçı dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi ilə işgüzar görüşlər keçirmiş, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində nümayəndə heyətimizi ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu müşahidə edib.

Tarix
2017.01.16 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla