Yuxarı

Azərbaycanda yeni elektron xidmət yaradıldı

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni elektron xidmət yaradıldı

SMS vasitəsilə məhkəmə qərarı ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat göndəriləcək.Ədliyyə Nazirliyinin Kollegiyası “Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması üzrə inzibati reqlament”i təsdiq edib.

APA-nın məlumatına görə, reqlament bu ildən qüvvədədir.

Bu reqlamentə əsasən “exidmet.justice.gov.az” və “dxr.az” elektron ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı məlumatları əldə edəcəklər. Bunun üçün adına mobil telefon nömrəsi (hansı mobil operatorun xidmətindən istifadə edilməsindən asılı olmayaraq) olan istifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq müvafiq pəncərəyə fiziki şəxsdirsə fərdi identifikasiya nömrəsini (FİN) və ya şəxsiyyət vəsiqəsinin nömrəsini, hüquqi şəxsdirsə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), mobil telefon nömrəsini, sistemdə olan təhlükəsizlik kodunu daxil edib “Abunə ol” və ya “Abunəni ləğv et” düyməsini vurur. Bundan sonra daxil edilən mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən kodu açılan yeni pəncərədə qeyd edərək “Təsdiq et” düyməsini vurmaqla sorğunu formalaşdırır. Məlumatlar tam və düzgün daxil edildikdə sorğu qəbul edilir və bu barədə bildiriş ekrana çıxır. Məlumatlar tam və ya düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır, bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir.

Fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı SMS vasitəsilə məlumatlandırılır.

Tarix
2017.01.17 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla