Yuxarı

Nazirlikdən sahibkarlara ismarış

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin yanvarın 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergiödəyicilərinin 2017-ci ilin yanvarın 1-nə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunların, habelə vergi inzibatçılığında baş vermiş dəyişikliklərin mahiyyətinin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə Vergilər Nazirliyi ölkənin regionlarında və paytaxtda fəaliyyət göstərən vergiödəyiciləri ilə silsilə görüşləri davam etdirir.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Axar.az-a bildirilib ki, yanvarın 21-də vergiödəyicilərinin mühüm iqtisadi dislokasiya zonalarından hesab olunan Sumqayıt şəhərində, 2 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan Sumqayıt və Xırdalan şəhərləri, həmçinin Siyəzən və Xızı rayonlarının sahibkarları ilə növbəti görüş təşkil olunub.

Vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədinin ölkədə sahibkarlığın və investisiyaların təşviqi, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunmasının olduğunu bildirib. Onun sözlərinə görə, Qanunda vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması da öz əksini tapıb.

Nazir müavini qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergiödəyicilərinin 2017-ci ilin yanvarın 1-nə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir.

S.Ələkbərov sahibkarları bu qanunun yaratdığı imkanlardan maksimum yararlanmağa çağıraraq, yaranmış borclar üzrə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən hesablanmış maliyyə sanksiyalarının artıq tam həcmdə silindiyini, digər maliyyə sanksiyaları üzrə isə müəyyən edilmiş şərtlər daxilində silinəcəyini bildirib.

Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər və onların tətbiqi ilə bağlı məsələlər barədə vergiödəyicilərini məlumatlandırıb, həmçinin e-qaimə fakturaların tətbiqi, “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərindən irəli gələn məsələləri şərh edib.

Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov ayrı-ayrı sahələrdə vergiödəyicilərinin rastlaşdığı konkret suallara aydınlıq gətirib.

Vergilər nazirinin müşaviri, Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergiödəyiciləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, intizamlı vergiödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipinə əsaslanan şəffaf vergi xidmətlərinin göstərilməsi, bu prinsip əsasında göstərilən fərdi xidmətlər, uçot sisteminin şəffaflaşdırılması ilə bağlı məsələlər barədə məlumat verib.

Sonra tədbirdə iştirak edən vergiödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb.

Görüş iştirakçıları çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd olunub ki, indiyədək 3, 4, 10 və 13 saylı Ərazi Vergilər İdarələrinin əhatə dairəsinə daxil olan 13 rayonda çalışan yerli sahibkarlarla, eləcə də, Bakı şəhərində Kiçik Sahibkarlıqla İş və Lokal Gəlirlər Departamentlərinin qeydiyyatında olan sahibkarlarla görüşlər keçirilib.

Tarix
2017.01.21 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Putin-Si görüşü Qafqaza da təsir edəcək – Ərol

Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert

Fransa DTX-nin əməliyyatının qarşısını alıb?

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Prezidentlər Şuşaya getdilər - Foto

Koreya səfiri ADU-nun qonağı oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla