Yuxarı

Bu fərman məcburi köçkünlər üçün dəstəkdir - Deputat

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu fərman məcburi köçkünlər üçün dəstəkdir - Deputat

Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün dövlət tərəfindən yaxşı maddi dəstəkdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, fərmanın bir çox müsbət tərəfləri var və məcburi köçkünlərin, onlara bərabər tutulan şəxslərin işini xeyli asanlaşdıracaq:

“İndiyə qədər məcburi köçkünlərə yemək xərci müavinəti kart vasitəsilə onların özünə ödənsə də, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər müvafiq təşkilatlara ödənilirdi. Məcburi köçkünlər həmin ödənişlərdən istifadə etmək üçün müvafiq sənədləşmə aparmalı, müvafiq qurumlardan arayış almalı idi. Ancaq bundan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac qalmayacaq. Vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək və onlar bu puldan necə istifadə edəcəklərini özləri müəyyən edəcəklər. Nəzərə alsaq ki, bir ailənin bir neçə üzvü olur, bu, ailə üçün yaxşı bir maddi dəstəkdir”.

Deputat əlavə edib ki, bu cür ödəniş mexanizminin tətbiqi eyni zamanda məcburi köçkünlərə özlərinin ailə büdcəsini daha səmərəli qurmağa, sərbəst qalan vəsaiti istədikləri kimi istifadəyə etməyə imkan verir.

Tarix
2017.01.23 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla