Yuxarı

"Bu fərmanla vəsait birbaşa köçkünlərin özünə verilir"

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bu fərmanla vəsait birbaşa köçkünlərin özünə verilir"

Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman verib.

Fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Bu addımı müsbət dəyərləndirən millət vəkili Elman Məmmədov Şərq.az-a açıqlamasında özünün də məcburi köçkün olduğunu qeyd edərək, prosesin aparılması qaydasını izah edib:

"Mən bir neçə il icra başçısı vəzifəsində çalışmışam. Hazırda isə qaçqın və məcburi köçkünləri təmsil edən millət vəkiliyəm. Ona görə prosesin mexanizmi haqqında məlumatlıyam. Həmin vəsait qaçqın və məcburi köçkünlərə əvvəl də müəyyən formada ayrılırdı. "Çörək pulu” adlandırdığımız vəsait məcburi köçkünün kartına yüklənirdi, onlar bunu nağd şəkildə ala bilirdi. Kommunal xidmətlərə görə verilən müavinətlər isə ayrı-ayrı təşkilatların hesabına köçürülürdü.

Burada belə məsələ yaranırdı ki, ailələrin bəzisi az, bəziləri çox istifadə edirdi. Bu zaman müəyyən söz-söhbət yaranırdı. İndi məqsəd ondan ibarətdir ki, dövlətimiz tərəfindən ayrılan vəsait həmin məcburi köçkünün plastik kartına yerləşdirilir. Artıq bu pul məcburi köçkünün özünün sərəncamına verilmiş olur. Həmin ailələr özləri hesablayır ki, bu verilən puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə ayıracaq. Bununla başqa iddialara yol verilməyəcək. Burada həmçinin qənaət məsələsi nəzərdə tutulub. Bu mənada hesab edirəm ki, dövlətin ehtiyaclı kateqoriyaya aid insanlara istiqamətlənən bu addımı vaxtında və məqsədəuyğun tədbirdir”.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev də bu fərmanı müsbət qiymətləndirib:

"Qaçqın və məcburi köçkünlərin müavinətlərinin dəqiqləşdirilməsi müsbət addımdır. Bir məsələ var ki, bu fərmandan əvvəl müavinətlər "Qaçqınkoma” verilirdi. Həmin qurum onu bölüşdürüb, kimə nə qədər müəyyən edirdisə, o qədər verirdi. Arada itib-batan hallar da olurdu. İndi isə konkret kartla müəyyən olunan məbləği rahat şəkildə qaçqınlar götürüb istifadə edə bilərlər. Ona görə, müavinətlərin konkretləşdirilməsi müsbət addımdır”.

Tarix
2017.01.23 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla