Yuxarı

Bağlanan universitetlərlə bağlı növbəti - Açıqlama

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağlanan universitetlərlə bağlı növbəti -

Keçən ilin oktyabr ayında Təfəkkür Universiteti Təhsil Nazirliyinə müraciət edərək universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətin dayandırılması barədə qərar qəbul edildiyini bildirib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov bildirib ki, Qafqaz Universitetinin rəhbərliyi də yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığını və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb. Onun sözlərinə görə, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali məktəblərə köçürülməsinə köməklik göstərilməsini xahiş edilib.

Sektor müdiri qeyd edib ki, bununla əlaqədar olaraq Təhsil Nazirliyi həm Təfəkkür, həm də Qafqaz Universitetində təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi ilə bağlı müvafiq işçi qruplar yaradılıb: “İşçi qrupların tərkibi haqqında artıq ictimaiyyətə məlumat verilib, eyni zamanda Təhsil Nazirliyinin saytında məlumatlar gedib. Təfəkkür Universitetinin tələbələri cari tədris ili bitdikdən sonra digər ali təhsil müəssisələrinə yerləşdiriləcək. Qafqaz Universitetinin tələbələri isə qış semestri bitdikdən sonra ölkənin ən nüfuzlu universitetlərinə yerləşdiriləcək. Tələbələrin gələcək təhsili yüksələn istiqamətdə təmin olunacaq. Təhsil Nazirliyi bunun üçün bütün şəraiti yaradacaq. Bir məsələni də vurğulayım ki, tələbələrin təhsil haqqının artımından söhbət gedə bilməz”.

Tarix
2017.01.24 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla