Yuxarı

Bu stansiyalarda turniketlərin sayı artırıldı

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu stansiyalarda turniketlərin sayı artırıldı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metro stansiyalarında sərnişin sıxlığının yaranmaması üçün bəzi stansiyalarda əlavə turniketlər quraşdırıb.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda 3 metro stansiyasında - "Koroğlu", "Sahil" və "Gənclik" stansiyalarında turniketlərin sayı artırılıb: "Turniketlərin sayının artırılmasına səbəb həmin stansiyaların yaxınlığında böyük tədbirlər keçirildikdə və pik saatlarda metro stansiyalarında yaranacaq sərnişin sıxlığının qarşısını almaqdır. Xüsusən də, böyük tədbirlər keçiriləndə həmin stansiyalarda sərnişin sıxlığının yaranmasının qarşısını almaq üçün turniketlərin sayı artırılıb. Məsələn, Olimpiya Stadionunda tədbirlər keçiriləndə "Koroğlu" stansiyasında, Tofiq Bəhramov adına Respublika Stadionunda futbol yarışları keçiriləndə "Gənclik" stansiyasında, Dənizkənarı Milli Parkda bayram tədbirləri və sair toplantılar keçiriləndə isə "Sahil" stansiyasında sərnişinlərin sayı artır. Buna görə də, həmin stansiyalarda sərnişin sıxlığı yaranmaması üçün qabaqlayıcı tədbirlər görülüb".

N.Paşayev bildirib ki, əgər gələcəkdə digər stansiyalarda da sərnişinlərin sayı artarsa, həmin stansiyalarda da turniketlərin sayı artırıla bilər.

Tarix
2017.01.24 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla