Yuxarı

Bu köçkünlər müavinət almayacaq

Ana səhifə Sosial
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müavinət almayacaq məcburi köçkün kateqoriyaları açıqlanıb.

APA-nın məlumatına görə, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, öz ailələrini maddi baxımdan təmin edən məcburi köçkün iş adamları var və bu insanların müavinət alması, güzəştlərdən istifadə etməsi düzgün deyil.

Dövlət Komitəsinin sədri bu sahədə qənaət edilən vəsait ehtiyacı olan məcburi köçkünlər üçün yeni mənzillərin tikintisinə, yaxud mənzillərin alınmasına yönəldiləcək: “Bəzi məcburi köçkünlər var ki, böyük vəzifədədirlər. Onlar nə üçün bu imtiyazlardan istifadə etməlidirlər? Dövlət təminatında, yəni əsgərlikdə, həbsdə olanlar üçün də bu güzəştlər ləğv ediləcək. Hüquq-mühafizə orqanlarında olan zabitlər də bu kateqoriyadan çıxarılacaq”.

Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan məcburi köçkünlər üçün güzəştlərin saxlanılacağını qeyd edən Ə. Həsənov bağ, ev alıb özəlləşdirən məcburi köçkünlər üçün isə imtiyazların ləğv olunacağını açıqlayıb: “ Bu məcburi köçkünlərin bir qismi artıq siyahıdan çıxarılıb, bir qismi də çıxarılacaq. Ancaq biz çox istərdik ki, işğal altında olan rayonların İcra hakimiyyətləri onları siyahılardan çıxarmamışdan əvvəl o insanlar özləri müraciət etsinlər. Hökumət, dövlət də o insanları kifayət qədər qiymətləndirə bilər”.

Ə. Həsənov bu həftə müvafiq kriteriyalara cavab verən məcburi köçkünlərin əksəriyyətinin vahid aylıq müavinəti alacaqlarını da açıqlayıb. Dövlət Komitəsinin sədri dövlət ali məktəblərində ödənişli ixtisaslar üzrə təhsil alan qaçqın və məcburi köçkün tələbələrin ödənişdən azad edilməsinin qüvvədə qaldığını qeyd edib: “Məcburi köçkünlər üçün şəxsiyyət vəsiqələrinin rüsumsuz alınması qüvvədədir. Onlar həm də gəlir vergisinin bir hissəsindən azaddırlar. 1992-1998-ci illərdə yaşadıqları mənzillərdən mənzillə təmin olunana qədər çıxarılmaması da qüvvədədir”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 23 yanvar 2017-ci il tarixli fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.

Tarix
2017.01.24 / 23:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Prezidentlər Şuşaya getdilər - Foto

Koreya səfiri ADU-nun qonağı oldu - Foto

İranda yeni səfirlik binası və Bakıya qarşı yeni təhdidlər...

Bakı və İrəvan arasında razılaşmanı alqışlayırıq - AB

Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion detal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla