Yuxarı

Azdramda kim qalacaq?! - Manafov

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azdramda kim qalacaq?! - Manafov

Xalq artisti Fəxrəddin Manafov Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə münasibət bildirib.

Aktyor Teleqraf.com-a açıqlamasında baş verənlərin ona pis təsir etdiyini dilə gətirib:

"Bu, mənə çox pis təsir etdi. Onu bilirəm ki, teatrda xoşagələməz hadisələr baş verir. Baxmayaraq ki, teatrda rəhbərliklər dəyişilir, amma problem həll edilmir. Biri gəlir, o biri gedir. Yenə deyirəm, bilmirəm nə baş verir, bilmirəm nəyə görə gənc aktyor ordan çıxıb, yoxsa çıxarılıb. Mən, sadəcə, mediadan eşitdiklərimi, gördüklərimi bilirəm. Deməli, orda nəsə baş verir ki, Azərbaycan teatrında yeganə professional, bunu qorxmadan və tam məsuliyyətimlə deyirəm, dünya səviyyəsində peşəkar olan bir aktyor, teatra o qədər töhfələr vermiş belə bir insan teatrdan gedir. Demək ki, o məcburiyyət qarşısında olub.

Təsəvvür edə bilməzsiniz ki, Fuad necə gözəl insandır. Onun qədər öz peşəsinə sadiq, öz peşəsinə dəlicəsinə sevgisi, münasibəti bugünkü aktyorların heç birində görməmişəm. O baxımdan düşünürəm ki, əgər belə bir insan, belə bir böyük aktyor, mənim özümə örnək hesab etdiyim bir adam teatrdan gedirsə, deməli, orda nəsə baş verir. Və baş verən məhz aktyorun özündə deyil. Əgər onu tanımasaydım bunu deməzdim. O nəyinsə məcburiyyəti qarşısında bu addımı atıb. Orda nəyin baş verdiyini isə araşdırmaq lazımdır. Yəqin bu Mədəniyyət və Turizm Nazirliyinin teatr şöbəsi tərəfindən öyrənilməli, araşdırılmalıdır. Fuad Poladovun getməsi Azərbaycan teatrına, Akademik Milli Dram Teatrına böyük zərbədir. Əgər o gedirsə, bu teatda kim qalacaq? Bu məsələnin bir tərəfidir.

O biri tərəfdən mənə elə gəlir ki, Fuad müəllim hər halda tamaşaçıları intizarda qoymaz, tamaşaçıların Fuad müəllimə böyük ehtiyacı var. Ümidvaram ki, Fuad müəllim bunları da nəzərə alacaq.

Ona ancaq səbir, səbir və səbir arzulayıram. Mən onu çox istəyirəm. İnşallah, hər şey yoluna qoyulacaq".

Tarix
2016.10.28 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla