Yuxarı

Tarixi gündən 109 il ötür – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi gündən 109 il ötür – Foto

Bu gün müsəlman şərqində ilk operanın - “Leyli və Məcnun”un tamaşaya qoyulduğu gündən 109 il ötür.

Axar.az xatırladır ki, böyük bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulub.

Üzeyir bəyin Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazdığı operanın ilk tamaşasına aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor yazıçı Əbdürrəhim bəy Haqverdiyev idi. Orkestr Üzeyir bəyin seminariya yoldaşları olan həvəskar musiqiçilərdən təşkil olunmuşdu. Muğam hissələrini tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdi. Məcnun rolunu isə Hüseynqulu Sarabski oynamışdı.

Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa - o tarixi sözlər bu məzmunda idi: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə yanvarın 25-i - red.) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.

“Leyli və Məcnun” muğam ilə Avropa operasının üzvü vəhdətindən yaranmış yeni opera janrının - muğam operasının ilk nümunəsidir.

Tarix
2017.01.12 / 14:34
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla