Yuxarı

Teatrdan işdən çıxanlarla bağlı ittihamlara cavab - Yeniləndi

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teatrdan işdən çıxanlarla bağlı ittihamlara cavab - Yeniləndi

19:10

Xalq artisti, baletmeyster Mədinə Əliyeva Azərbaycan Opera və Balet Teatrında işdən çıxıb.

Bu barədə APA-ya açıqlamasında Mədinə Əliyeva özü məlumat verib.

O bildirib ki, yanvarın 11-də rəsmi şəkildə teatrdakı işindən ayrılıb: “Vəziyyəti o yerə gətirdilər ki, məcbur olub ərizə yazdım. Səbəb odur ki, mənim işləməyimi istəmirlər. Yəqin mane oluram. Mən Azərbaycanın xalq artistiyəm, qoymurlar işləməyə. Kamilla Hüseynova adlı bir cavanı gətirib teatrda bədii rəhbər vəzifəsinə təyin ediblər. Həm teatrda vəzifəsi var, həm Xoreoqrafiya Akademiyasında... Üzümə açıq deyiblər ki, sənin burda qalmaq şansın yoxdur. Direktor məni yaradıcılıqla məşğul olmağa qoymur.

Mən vəzifə istəmirəm, arzum odur ki, baletimiz inkişaf etsin. Ona görə ki, bu sənətə həyatımı vermişəm. Sadəcə, teatrda sağlam rəqabət yoxdur. Qeyri-professionallığı görəndə susa bilmirəm. Danışanda da deyirlər, maaşınızdan kəsiləcək, pensiya alırsınız və s. Mən pensiyanı, maaşı kiminsə cibindən yox, dövlətdən alıram. Son vaxtlar bizim teatrdan 14 nəfər işdən gedib. Əməkdar artist Rima İsgəndərova, Pərvin Nəcəfova, İntiqam Məmmədov və başqaları. Bədii rəhbər Kamilla Hüseynova təyin olunandan mən on beşinci adamam ki, teatrdan çıxmışam”.

Qeyd edək ki, M. Əliyeva 1983-cü ildən Opera və Balet Teatrında çalışır. Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür (2008). “Qızıl Dərviş” və "Humay" mükafatı laureatıdır.

Xalq artisti Nəzakət Teymurova da teatrdan işdən çıxıb.

20:05

Xalq artisti Mədinə Əliyevanın haqqımda dedikləri tamamilə yanlışdır. Mədinə Əliyeva işdən özü gedib, səbəbini bilmirəm.

Bunu Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Kamilla Hüseynova deyib.

O bildirib ki, M. Əliyevanın teatrla bağlı səsləndirdiyi ittihamlar doğru deyil: “Hazırda Opera və Balet Teatrında yaradıcılıq işləri qaydasındadır, iş yüksək səviyyədə gedir. Artistlər yaradıcılıq işlərini davam etdirir, tamaşalar hazırlanır. Deyəsən, Mədinə Əliyevanın işdən ayrılmasının səbəbi ayrıdır, amma bu mənə məlum deyil. Əgər mən onun xoşuna gəlmirəmsə, bu, onun problemidir. Teatrdan kimsə işdən gedir, kimsə onların yerinə qəbul olunur. Bu, normal yaradıcı prosesdir. Məsələn, yaşayış yerini dəyişməklə əlaqədar işdən çıxan da var, pensiyaya çıxan da var. Mən bir ildən çoxdur bədii rəhbər vəzifəsində çalışıram. O niyə indi getmək qərarına gəlib, bilmirəm. Bəlkə özü işləmək istəmir? Ona görə deyir ki, mənə iş vermirlər. Mən ona iş verirdim, amma niyə görə belə edib, anlamıram”.

Qeyd edək ki, xalq artisti, baletmeyster Mədinə Əliyeva açıqlamasında Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Kamilla Hüseynovaya qarşı müxtəlif ittihamlar səsləndirib. O bildirib ki, K. Hüseynova bədii rəhbər təyin olunandan sonra 15 nəfər işdən gedib.

Tarix
2017.01.13 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla