Yuxarı

Muskomediyada layihə: məşhurlar 3 gün sizinlə

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muskomediyada layihə: məşhurlar 3 gün sizinlə

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yeni, maraqlı bir layihəyə start verib.

Teatrdan Kult.az-a verilən məlumata görə, “3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış simaları üç gün ardıcıl olaraq öz sevimli tamaşaçılarının görüşünə gələcəklər.

Layihədə ilk olaraq xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal üç gün tamaşaçıların qarşısına çıxacaq.

O, iyunun 16-sı saat 19:00-da “www.ferzeli-kef.com” tamaşasında Fərzəli, iyunun 17-si saat 19:00-da “Ər və arvad” komediyasında Mərcan bəy, daha sonra isə “Amerikalı kürəkən” tamaşasında Orxan obrazını canlandıracaq.

“3 gün sizinlə” layihəsinin növbəti iştirakçısı isə tamaşaçıların sevimlisi, əməkdar artist Almaz Ələsgərova olacaq.

Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Tarix
2017.06.10 / 01:18
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla