Yuxarı

“Hörümçək adam” Bakıya gəlir

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hörümçək adam” Bakıya gəlir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır. Bu dəfə sənət ocağı balacaların görüşünə Sten Linin “Hörümçək adam” tamaşası ilə gələcək.

Axar.az xəbər verir ki, teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov tamaşa ilə bağlı təəssüratlarını bölüşərək deyib: “İnanıram ki, digər tamaşalarımız kimi, bu səhnə əsəri də bizim kiçik yaşlı tamaşaçılarımızda böyük marağa səbəb olacaq. Onlar hər il olduğu kimi, bu il də bayram ovqatlarına xüsusi rəng qatan teatrımıza yüksək əhval ruhiyyə ilə gələcək. Tamaşa həm uşaqlar, həm də böyüklərə gözəl bayram hədiyyəsi olaraq onların sevincinə sevinc qatacaq”.

Quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşanın səhnə plastikası Ceyhun Dadaşova, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları aktyorlar Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcək.

Tamaşanın premyerası dekabrın 29-na nəzərdə tutulur.

Tarix
2017.11.07 / 19:02
Müəllif
Kult.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla