Yuxarı

BDU-nu atıb, “Dədə Qorqud” olan məşhur - Axar TV

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU-nu atıb, “Dədə Qorqud” olan məşhur - Axar TV

Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Orta məktəbi 1956-cı ildə bitirən MəmmədovBakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin ikinci kursda ikən universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olan Həsən Məmmədov, 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirir və təyinatla Akademik Milli Dram Teatrına göndərilir.

Universitetdən çıxdığına görə atası Ağaməmməd kişinin ona qəzəbi soyumur.Lakin bir gün eşidir ki, rayonda hamı oğlu Həsəndən danışır. Bildirməsə də Ağaməmməd kişi oğlunu bağışlamışdı, artıq içində qürur hissi də baş qaldırmışdı. Çünki oğlu hansı yolu seçməyi özü daha yaxşı bilirmiş. İlk rolundan sonra atasından xeyir-dua alan Həsən Məmmədov bir-birinin ardınca gözəl obrazlar yaradır. “Böyük dayaq” filmində Qaraş, “Arşın mal alan”da Əsgər, “Gün keçdi”də Oqtay obrazlarını yaradan aktyor daha da məşhurlaşır.

Həsən Məmmədov sənət həyatı kimi, ailə həyatını da özü seçib. Kinostudiyanın yaxınlığında kirayə qaldığı həyətdə yaşayan Lətifə adlı qız Həsənin diqqətini cəlb etmişdi. O, çəkilişlərdən vaxt tapan kimi qarabaqara bu qızın arxasınca düşərdi. Bunu görən rəfiqələri Lətifəni qısqanırdılar. Artıq kino ulduzu olmuş bir aktyorun həyat yoldaşı olmaq o vaxt hansı qızın arzusu deyildi ki?! Bu minvalla sevgi ilə bir ailənin təməli qoyulur. Çox keçmir ki, onlara ev də verilir, çox uzaqda yox, elə kinostudiyanın həyətində tikilən yeni binada.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

Tarix
2017.11.18 / 14:38
Müəllif
Ülkər, Ömər
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla