Yuxarı

"Bakılı oğlanlar"ın mərhum lideri haqda... - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 3-də Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, Əməkdar Jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın müəllifi olduğu “Anar Məmmədxanov. Kapitanın taleyi” (“Анар Мамедханов. Судьба капитана”) adlı kitabın təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, “Bakılı oğlanlar” komandasının mərhum kapitanı Anar Məmmədxanovun vəfatının ildönümü ərəfəsində onun həyat və yaradıcılığına həsr olunan kitabın təqdimatında rəsmi şəxslər, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, səfirlər, kütləvi informasiya vasitələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Anar Məmmədxanovun həyat yolu barədə videoçarx nümayiş etdirilib.

Tədbirin aparıcısı, “Bakılı oğlanlar” komandasının sabiq üzvü Murad Dadaşov Anar Məmmədxanov haqqında belə bir kitabın nəşrinin onu sevənlər üçün böyük hədiyyə olduğunu söyləyib.

Müəllif Elmira Axundova təqdimat mərasimində çıxış edərək bildirib ki, bu, onun Anar Məmmədxanovla bağlı yazdığı sayca dördüncü kitabdır. O deyib: “Mən Anar Məmmədxanov haqqında yazılan əvvəlki kitabları oxudum, onunla bağlı araşdırma apardım və sonda bu kitabı yazıb ərsəyə gətirməyi özümdə bir ehtiyac hiss etdim. Əslində bu kitab təkcə mənim yox, bu zalda əyləşən tanınmış şəxslərin birgə məhsuludur. Təbii ki, hər insan barədə kitab yazılmır. Mənim ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev haqqında kitablarım var. Bu kitabların hamısını özümdə bir zərurət hiss edərək yazmışam”.

Xalq Yazıçısı Anar çıxışında bildirib ki, Anar Məmmədxanovla bağlı belə bir kitabın yazılması cəmiyyətimiz üçün mühüm töhfədir. Anar Məmmədxanov kimi istedadlı bir insanı yaxından tanımaq gənclərimiz üçün çox faydalıdır. Elmira Axundova kitabda bununla bağlı nə lazımdırsa təqdim edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Anar Məmmədxanov, “Bakılı oğlanlar”ın fəaliyyəti, Moskvada qazandıqları qələbələr barədə xatirələrini bölüşüb. O, belə bir kitabı ərsəyə gətirdiyi üçün Elmira Axundovaya təşəkkür edib.

Anar Məmmədxanovun bacısı, professor Naidə Məmmədxanova qardaşının keçdiyi ömür yolundan danışaraq onunla bağlı xatirələrini bölüşüb. O, Elmira Axundovaya, eləcə də tədbirin bütün iştirakçılarına Anar Məmmədxanovun xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

“Bakılı oğlanlar” komandasının keçmiş üzvləri Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə və digərləri Anar Məmmədxanovla bağlı hazırladıqları, indiyə qədər yayımlanmamış görüntüləri təqdim edib, təəssüratlarını bölüşüblər.

Tarix
2018.04.03 / 22:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla