Yuxarı

Bahadur bəy: 108 illik tarixi olan möhtəşəm Azərbaycan...

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bahadur bəy: 108 illik tarixi olan möhtəşəm Azərbaycan...

Türkiyənin məşhur “Paramparça” və “Diriliş Ərtoğrul” seriallarında canlandırdığı obrazları ilə milyonların sevimlisinə çevrilən tanınmış aktyor və rejissor Ərtoğrul Postoğlu və xanımı İlkay Özdin Postoğlu Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Teatrın mətbuat xidmətindən Kult.az-a bildirilib ki, səmimi keçən görüşdə iki qardaş ölkə arasında mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.

Teatrın direktorunun müavini Hüseyn Hüseynov qonağı teatrın binası ilə tanış edib, ona sənət ocağının tarixi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə burada aparılan təmir işlərindən sonra ən müasir dünya standartlarına uyğun şəraitin yaradılması barədə məlumat verib.

Teatrla tanışlıqdan məmnunluğunu bildirən Ərtoğrul Postoğlu deyib: “Musiqili Teatrda nümayiş olunan maraqlı tamaşalarınız barədə türkiyəli həmkarlarımdan eşitmişdim. Həqiqətən, teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrlarla müqayisə oluna biləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Ən önəmlisi isə odur ki, Azərbaycanda dövlət səviyyəsində teatra, incəsənətə qiymət verilir. Yüz səkkiz illik tarixi olan möhtəşəm Azərbaycan Dövlət Musiqili Teatrının binasında olmağımız bizə şərəf verdi”.

Tarix
2018.06.04 / 19:17
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla