Yuxarı

Muğam Mərkəzində "Nəsimi dünyası" – Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin, Beynəlxalq Muğam Mərkəzinin və Nəsimi sevdalısı iş adamı Tahir Gözəlin dəstəyilə böyük şairimiz, ustad İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş "Nəsimi dünyası" adlı tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbirə Beynəlxalq Muğam Mərkəzi ev sahibliyi edib. Tədbirdə millət vəkilləri, alimlər, incəsənət xadimlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva bildirib ki, bu isti yay günlərində bu qədər dəyərli insanlarımızın zalı doldurması sözün həqiqi mənasında Nəsimiyə verilən böyük dəyərdir:

“Mən Nəsimi dünyasına çox kiçik yaşlarımdan daxil olmuşam. O dünya elə böyük idi ki, onun arxasınca Suriyaya, Hələbə qədər getdik. Nəsiminin məzarını ziyarət edəndə içimdə qəribə duyğular keçirirdim. Yadımdadır ki, Ümumilli liderimiz Heydər Əliyev ilə xarici ölkələrin birinə səfər zamanı jurnalistlərlə söhbət edəndə ona dedim: Nəsiminin qəbrinin Azərbaycanda olması necə gözəl olardı. Ümumilli liderimiz Nəsimi ilə bağlı çox maraqlı məlumatlar danışdı".

Millət vəkili vurğulayıb ki, Nəsiminin yaradıcılığının təbliği dövlət siyasətimizdə önəmli yer tutur:

"Nəsiminin böyüklüyü ondan ibarət idi ki, onun yaradıcılığının əsasında insan dururdu. O həqiqət mərtəbəsində dayanan böyük bir şəxsiyyət idi. O, insana bir başqa yanaşırdı. Müsəlman dünyasında Nəsimiyə zülm edənlər bu gün də var: İŞİD, Taliban və s. timsalında. Bunlar hamısı cahillikdəndir. Cahilliklə mübarizənin yolu bu böyük şəxsiyyətlərin yaradıcılığının öyrənilməsindən keçir".

Millət vəkili hər kəsi mədəniyyətimizə töhfə verəcək layihələrə dəstək verməyə çağırıb.

Tədbirdə "Nəsimi" filmindən qısa fraqmentlər nümayiş olunub. Bundan sonra gecə konsertlə davam edib.

Tədbir ASAN Radio vasitəsilə canlı olaraq yayımlanıb.

Tarix
2018.07.05 / 23:47
Müəllif
Firuzə, Aygün
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla