Yuxarı

Hazırlıqlar başlandı: yeni mövsümdə nələr olacaq?

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hazırlıqlar başlandı: yeni mövsümdə nələr olacaq?

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) yeni mövsümü açıq elan edib.

Kult.az xəbər verir ki, yeni mövsümdə ilk tamaşalar sentyabr ayının 22-də nümayiş olunacaq.

Həmin gün uşaqlar üçün saat 14:00-da P.Cullifordun “Şirinlər”, axşam 19:00-da isə böyüklər üçün M.Füzulinin “Leyli və Məcnun” tamaşaları təqdim ediləcək.

Hazırda kollektiv M.Servantesin "Don Kixot” əsərinin məşqlərini davam etdirir, həmçinin əməkdar artist, rejissor Nicat Kazımov “Bremen musiqiçiləri” tamaşasını hazırlayıb təqdim edəcək.

Qeyd edək ki, 9 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaranmasının 90-cı ildönümünün qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla əlaqədar olaraq teatrda yubiley tədbirinin hazırlıqlarına başlanılıb. Yubiley tədbirinin rejissoru xalq artisti, rejissor Vaqif Əsədovdur.

Tarix
2018.09.02 / 19:06
Müəllif
Aytac Araz
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla