Yuxarı

Yeni mövsümə teatrlar necə başladı? - Siyahı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni mövsümə teatrlar necə başladı? - Siyahı

Ölkəmizdə fəaliyyət göstərən teatrlar sentyabr ayının əvvəlindən etibarən yeni mövsümün açılışını edib.

Kult.az xəbər verir ki, Musiqili Dram Teatrı sentyabrın 22-də 109-cu mövsümün açılışını Üzeyir Hacıbəylinin "Arşın, mal alan" operettası ilə edib.

Azərbaycan Dövlət YUĞ Teatrı da mövsümü sentyabrın 22-də Pərvin Nurəliyevanın əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə açıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 110-cu yubiley mövsümünün açılışı sentyabrın 19-da baş tutub. Həmin gün Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasını səhnələşdirilib.

Digər teatrlarımız isə sentyabrın 15-dən öz qapılarını tamaşaçıların üzünə açıb. Belə ki, Akademik Milli Dram Teatrı 146-cı teatr mövsümünə İlyas Əfəndiyevin “Qarabağnamə”, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 87-ci mövsümə “Əlibaba və qırx quldur”, Azərbaycan Dövlət Pantomim Teatrı 26-cı mövsümə A.P.Çexovun əsəri əsasında hazırlanmış "İt gəzdirən xanım", Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünə şair-dramaturq İftixarın “Soyqırım tarixinin dastanı”, Səməd Vurğun adına Rus Dram teatrı yeni mövsümə Anarın “Təhminə və Zaur” əsəri əsasında hazırlanmış “Yuxularımdan get” adlı tamaşa ilə start verib.

Tarix
2018.09.24 / 15:43
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla