Yuxarı

“Metamorfoza” Türkiyəni heyran etdi

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Metamorfoza” Türkiyəni heyran etdi

YUĞ Teatrının yaradıcı kollektivi Türkiyənin Mersin şəhərində “Metamorfoza” tamaşası ilə çıxış edib.

Teatrdan Kult.az-a bildirilib ki, S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış tamaşaya rejissor Günay Səttarın quruluşunda baxılıb.

Səhnə əsərində rəsmlərin quruluşu Umay Həsənovaya, musiqi tərtibatı isə Amid Qasımova aiddir. Tamaşada rolları aktyorlar Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov ifa ediblər. Aktyorların uğurlu çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Bundan əvvəl teatrın yaradıcı heyəti Türkiyənin Adana şəhərində keçirilən V Şəhər Teatrları Görüşü Festivalı çərçivəsində “Təklif. Elçilik” tamaşası ilə ölkəmizi təmsil edib.

Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, bəstəkarı əməkdar artist Vüqar Camalzadədir. Tamaşada əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış ediblər.

Tarix
2018.11.04 / 13:48
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla