Yuxarı

Bakı Uşaq Teatrı Türkiyədə festivalda - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Uşaq Teatrı Türkiyədə festivalda - Foto

Bakı Uşaq Teatrının kollektivi Türkiyənin Bilecik şəhərində keçirilən 13-cü Beynəlxalq Teatr Festivalında iştirak edir.

Kult.az xəbər verir ki, 13 noyabrda başlayan və 25 noyabra qədər davam edəcək festivalda Bakı Uşaq Teatrı “Ağıllı tülkü” və “Sevgi şimşəyi” tamaşaları ilə ölkəmizi təmsil edir.

“Ağıllı tülkü” uşaqlar üçün nəzərdə tutulub. Teatrın bədii rəhbəri-direktoru, əməkdar artist İntiqam Soltanın müəllifi və quruluşçu rejissoru olduğu tamaşa artıq bir neçə müddətdir ki, repertuardadır.

“Sevgi şimşəyi” isə repertuara yeni daxil edilib. Komediya janrında hazırlanmış bu tamaşanın həm Türkiyədə, həm də Azərbaycanda maraqla qarşılanacağı gözlənilir.

Qeyd edək ki, festivalın açılış törəni 12 noyabrda keçirilib. Açılışda Biləcik Bələdiyyə başqanı Nihat Can, Bilecik millət vəkili Səlim Yağcı, Bilecik valisi Tahir Böyükakın və başqa rəsmi şəxslər iştirak edib.

Festivala noyabrın 13-də Bakı Uşaq Teatrının “Ağıllı tülkü” tamaşası ilə start verilib.

Tarix
2018.11.17 / 23:18
Müəllif
Şəlalə Cəsur
Digər xəbərlər

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzər dənizini qorumaq vacibdir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla