Yuxarı

Bakı teatrlarında xüsusi Yeni il proqramı – Siyahı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı teatrlarında xüsusi Yeni il proqramı – Siyahı

Yeni il uşaqların ən çox sevdiyi bayramlardandır. Bu bayramı balacalar üçün daha yaddaqalan etməkdən ötrü bəzi teatrlar xüsusi proqram hazırlayıblar.

Kult.az xəbər verir ki, Akademik Milli Dram Teatrında dekabrın 22-dən başlayan və yanvarın 6-dək davam edəcək “Nindza Tısbağalar və kapitan Cekin macəraları” bayram tamaşası gündə dörd seans olmaqla, saat 11:00, 13:00, 15:00 və 17:00-da təqdim olunacaq. Nümayişdən sonra azyaşlı tamaşaçılara hədiyyələr təqdim olunacaq.

Gənc Tamaşaçılar Teatrında dekabrın 29-dan yanvarın 6-dək saat 12:00, 14:00 və 16:00-da Hans Xristian Andersenin “Qar kraliçası” tamaşası oynanılacaq.

Heydər Əliyev adına Sarayda dekabrın 29-u saat 12:00-da, dekabrın 30-u saat 15:00-da “Yeni il hekayəsi - musiqili nağıl”, yanvarın 2-də saat 13:00-da, yanvarın 3-ü saat 17:00-da “Şaxta baba və Küpəgirən qarı” əyləncəli və interaktiv tamaşası təqdim ediləcək.

Opera və Balet Teatrında dekabrın 30-da saat 14:00-da yeni il əhval-ruhiyyəli “Şovkonçik” baleti səhnələşdiriləcək.

Bakı Uşaq Teatrında yanvarın 2-i saat 11:00 və 13:00-da “Şaxta babanın toyu”, Kukla Teatrında isə dekabr ayının 26-dan yanvarın 6-dək saat 12:00, 14:00, 16:00 və 18:00-da “Qış nağılı” tamaşası oynanılacaq.

Bakı Dövlət Sirkində dünya sirk ulduzların iştirakı ilə keçiriləcək bayram proqramı dekabrın 28-dən yanvarın 13-dək davam edəcək. Qiymətlər sırasına görə 10, 12, 15 və 20 manat təşkil edir.

Tarix
2018.12.28 / 17:54
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla