Yuxarı

Direktor xalq artistlərini işdən çıxarır? - Açıqlama

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktor xalq artistlərini işdən çıxarır? - Açıqlama

Bizim teatrda direktor heç kimi işdən çıxarmayıb, sadəcə, onlarla fərdi müqavilənin bağlanması nəzərdə tutulub.

Bu sözləri Kult.az-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov deyib. O, direktor Naidə İsmayılzadənin göstərişi ilə aktyorlara işdən çıxmaq barədə məcburi şəkildə ərizə yazdırılması haqqında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Azərbaycan teatrında 3 növ müqavilə var. Bir var ki, hər bir aktyorla müqavilə bağlanır və o, maaşını alır. İkincisi, fərdi müqavilədir. Bu müqaviləyə əsasən, 3-5 ay aktyora müəyyən rolu oynadığına görə ayda 2-3 dəfə ödəniş edilir. Üçüncüsü də tam fərdi müqavilədir: aktyor pensiya yaşını keçibsə, ancaq ifaya görə müqavilə bağlanır. Yəni aktyor ayda neçə dəfə səhnəyə çıxacaqsa, ona görə də qonorar alacaq. Yayılan informasiyalarda adı çəkilən aktyorların da hamısı ölkəmizdə tanınan, dövlət imtiyazlarına malik böyük sənət adamlarıdır. İndi də sadəcə olaraq pensiya yaşları keçdiyinə görə onlarla fərdi müqavilə bağalanacaq. Burada direktorun kimisə işdən çıxarmasından söhbət getmir”.

B.Osmanov xalq artisti Yasin Qarayevin ərizəyə qol çəkməmək üçün etiraz etməsi barədə dediklərinə də cavab verib:

“Heç kim bu məsələ ilə bağlı mənimlə görüşməyib. Kimsə kiminləsə görüşübsə də, mən orda olmamışam”.

Qeyd edək ki, bundan əvvəl xalq artisti Yasin Qarayev sosial şəbəkələrdə GTT-nin yeni direktoru Nailə İsmayılzadənin göstərişi ilə xalq artistləri Ağaxan Salmanlı, Lətifə Əliyeva, əməkdar artistlər Atabala Səfərov, Rahib Əliyev və başqalarının işdən çıxması barədə ərizlərinin alındığını yazıb. O, yalnız özü ilə xalq artisi Tariyel Qasımovun etiraz etdiyini, işdən çıxmaq ərizəsinə qol çəkmədiklərini bildirib.

Tarix
2019.01.10 / 14:55
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla