Yuxarı

DTX-nin Mədəniyyət Mərkəzi balacalarla görüşdü - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
DTX-nin Mədəniyyət Mərkəzi balacalarla görüşdü - Foto

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzi yanvarın 10-da Sumqayıt Dövlət Dram Teatrında balaca tamaşaçıların, məktəblilərin görüşünə Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin sevilən personajlarından biri Tıq-tıq xanımın yeni sərgüzəştləri ilə gəlib.

Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyevadır. Xoş ovqatlı və yaddaqalan musiqili nağıl-tamaşa “Tıq-tıq xanımın saxta babası” adlanır.

Kult.az xəbər verir ki, DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayev jurnalistlərə açıqlamasında tamaşanın nümayiş etdirilməsində məqsədin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla reallaşdırdığı dövlət-gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənc nəslin, o cümlədən uşaqların və yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, milli-mənəvi dəyərlərimizə bağlılıq ruhunda tərbiyəsi, eyni zamanda, onların asudə vaxtlarının səmərəli təşkili işinə töhfə vermək olduğunu bildirib.

“İlk dəfədir DTX-nin Mədəniyyət Mərkəzi Bakı şəhərindən kənarda belə tədbir keçirir. Bu cür tədbirlərin respublikamızın digər şəhər və bölgələrində də keçirilməsi planlaşdırılır. DTX-nin Mədəniyyət Mərkəzinin istedadlı kollektivi bu istiqamətdə bütün yaradıcılıq qüvvəsini və bacarığını sərf edir. Zənnimcə, bugünkü tamaşa uşaqları sevindirəcək, valideynlərin rəğbətini qazanacaq, hər kəsin zövqünü oxşayacaq”, - deyə Arif Babayev qeyd edib.

Orijinal və müasir tərtibatda səhnələşdirilən tamaşada hadisələrin süjet xətti uşaqlıqdan hamımızın adət etdiyimiz Tıq-tıq xanımın başına gələnlərdən fərqli məcrada cərəyan edir.

Bayram əhval-ruhiyyəli, şən musiqiləri, sevimli mahnıları, rəngarəng kostyumları, dekorasiyaları və işıq effektləri ilə uşaqları riqqətə gətirən, göz qamaşdıran və anşlaqla keçən tamaşada Tıq-tıq xanımın Yeni il bayramı üçün Şaxta babanı axtarması zamanı üzləşdiyi macəralardan bəhs edilir. Baş qəhrəman Tıq-tıq xanımın ən birinci arzusu Şaxta babanı tapmaq və onun Qar qızı olmaqdır.

Uşaqlarla yanaşı, böyüklər tərəfindən də böyük maraqla izlənilən tamaşada Tıq-tıq xanım obrazını 6 yaşlı aktrisa Nuray Rəhman canlandırıb. Digər yaddaqalan obrazları Mədəniyyət Mərkəzinin aktyorları ilə birgə DTX-nin əməkdaşlarının övladları oynayıb.

Balacaların məhəbbətini, böyüklərin xoş təəssüratını qazanan tamaşanın sonunda uşaqlar obrazları yaradan aktyorlarla xatirə şəkilləri çəkdiriblər.

Tarix
2019.01.10 / 19:37
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla