Yuxarı

Aktyorlar ADO üçün nazirə müraciət etdi

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyorlar ADO üçün nazirə müraciət etdi

Ölkəmizin ilk müstəqil teatrı olan ADO maliyyə çətinliklərindən dolayı məkanını itirə bilər. Yaranmış problemlə bağlı 200-dən çox incəsənət nümayəndəsi Mədəniyyət naziri Əbülfəs Qarayevə açıq müraciət edib.

Kult.az müraciətin mətnini təqdim edir:

“Cənab Nazir! ADO Teatrı ölkəmizdə artıq 6 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində teatr, çoxlu sayda yerli və beynəlxalq layihələrdə uğurla iştirak edib. Hazırda isə, teatr Bakı şəhəri, Mirzəağa Əliyev küçəsi 245 ünvanında yerləşən məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb, icarə haqqını ödəməkdə çətinlik çəkir.

ADO teatrının məkan probleminin həll olunması istiqamətində müvafiq addımlar atmağınızı sizdən xahiş edirik. Hesab edirik ki, adı çəkilən teatrın fəaliyyətinin davam etməsi – Azərbaycanın müasir mədəniyyətinin formalaşmasında müsbət rol oynayacaq”.

Müraciəti Fəxrəddin Manafov, Ramiz Novruz, Afaq Bəşirqızı, Həmidə Ömərova, Bəsti Cəfərova, Rəfael Dadaşov, Ayşad Məmmədov və Bəhram Bağırzadə də daxil olmaqla 211 tanınmış sənət adamı imzalayıb.

Tarix
2019.02.12 / 16:50
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla