Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas,
araşdırmaçı-alim Xalidə Xalidə görə həbs edilərək ağır cəza almış
tanınmış azərbaycanlı fəal, yazar və şair İlqar Müəzzinzadə
tutulub.
"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, İran
İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT)
Meşkinşəhr (Xiyov) şöbəsinin əməkdaşları azərbaycanlı fəalı
fevralın 23-də öz mənzilində həbs ediblər.
İ. Müəzzinzadənin məhkəmənin barəsində çıxardığı həbs cəzasını
çəkməsi üçün həbs edildiyi ehtimal olunur. Lakin azərbaycanlı
fəalın harada saxlanıldığı və həbsinin konkret səbəbi məlum
deyil.
Qeyd edək ki, İ. Müəzzinzadə ötən il mayın 8-də Xiyov şəhərində
həbs edilib. ETTELAAT əməkdaşları onun yaşadığı ata evinə hücum
edərək axtarış aparmaq istəyiblər. Lakin azərbaycanlı fəalın
qardaşı Ehsan Müəzzinzadə məmurların qanunsuz şəkildə evə daxil
olmasına etiraz edib. Bu səbəbdən məmurlar tərəfindən döyülən E.
Müəzzinzadə də həbs olunub. Daha sonra ETTELAAT əməkdaşları evdə
axtarış aparıb, azərbaycanlı yazara məxsus kompüteri, kitabları və
bir sıra şəxsi əşyaları özləri ilə aparıblar. Mayın 9-da isə E.
Müəzzinzadə azadlığa buraxılıb. İ. Müəzzinzadə 47 gün ETTELAAT-ın
Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra Təbriz şəhərinin
mərkəzi həbsxanasına köçürülüb. Azərbaycanlı fəal ümumilikdə 84
günlük həbs həyatından sonra 150 milyon tümən zəmanətlə Təbriz
şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb.
Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsində mühakimə olunan İ.
Müəzzinzadə və bu iş üzrə tutulmuş digər azərbaycanlı fəallara
2013-cü il iyulun 15-də hökm oxunub. Hökmə əsasən, 2 azərbaycanlı
fəal – İlqar Müəzzinzadə və Məhəmməd (Oxtay) Rəşidi ümumilikdə 31
ay azadlıqdan məhrum ediliblər. İ. Müəzzinzadəyə bir yerə
toplaşmaqla milli təhlükəsizliyə xələl vurmağa cəhd göstərmək
ittihamına görə 2 il, hakimiyyət əleyhinə təbliğat aparmaq
ittihamına görə isə 91 gün həbs cəzası verilib. Məhəmməd Rəşidi isə
eyni ittihamlara əsasən 91 gün və 1 ay həbs cəzasına məhkum
edilib.
Digər azərbaycanlı fəallar – aşıq İsa Qaraxanlu və Əmir Hadiyan
isə bütün ittihamlar üzrə bəraət alıblar. Təbriz İnqilab Məhkəməsi
azərbaycanlı fəalları X. Xalidlə əlaqə qurduqlarına, Azərbaycan
türkcəsində kitab yaydıqlarına və ETTELAAT-ın təqdimatına görə bu
şəkildə cəzalandırıb.
Xatırladaq ki, M. Rəşidi, X. Xalid, sürücüsü Şamxal Hüseynov
aşıq İ. Qaraxanlu, Təbriz Azad Universitetinin tələbəsi Ə. Hadiyan
və Fərhadi soyadlı şəxs ötən il aprelin 30-da gecə saatlarında
ETTELAAT əməkdaşları tərəfindən saxlanılıblar. Onlar azərbaycanlı
fəalın ata evində M. Rəşidinin anasının doğum günü və İranda Analar
Günü münasibətilə toplaşıblar.
ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus
kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə edib,
onların özlərini isə naməlum istiqamətə aparıblar.
Mayın 6-da həmin mərasimin iştirakçılarından olan 3 azərbaycanlı
fəal mülk girovu qoymaqla azadlığa buraxılıb. Bunlar aşıq İ.
Qaraxanlı, Ə. Hadiyan və Fərhadi soyadlı şəxsdir.
Azərbaycan vətəndaşları X. Xalid və Ş. Hüseynov isə iyunun 6-da
həbsdən buraxılaraq vətənə dönüblər.
M. Rəşidi isə 56 günlük həbs həyatından sonra iyunun 25-də 100
milyon tümən girov qarşılığında Təbriz şəhərinin mərkəzi
həbsxanasından məhkəməyədək müvəqqəti sərbəst buraxılıb.
Azərbaycanlı fəal ETTELAAT-ın Təbrizdəki təcridxanasının təkadamlıq
kamerasında 43 gün saxlanıldıqdan sonra Təbriz şəhərinin mərkəzi
həbsxanasına köçürülmüşdü.