Yuxarı

Leyla Əliyevanın özəl günü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyevanın özəl günü

Bu gün Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.

Axar.az xəbər verir ki, Leyla Əliyevanın 31 yaşı tamam olur.

Leyla İlham qızı Əliyeva - 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. 2000-ci ildə Bakıda 160 saylı tam orta məktəbi bitirib. Həmin il Avropa Biznes Məktəbinə daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-cı ildən 2008-ci ilə qədər Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsində dünya siyasəti üzrə magistr pilləsi üzrə təhsil alıb.

2007-ci ildə 10 may tarixində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 2007-ci ilin 19 dekabr tarixində Rusiyada "Bakı" jurnalı təsis edib. 2008-ci ilin 8 may tarixində Xocalıya ədalət kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin may ayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır. 2009-cu ilin aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2012-ci ilin sentyabrın 12-də "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" mükafatı ilə təltif olunub.

2013-cü il aprelin 5-də Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji Mühitin Qorunmasına Görə" xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima "Knyaqina Olqa" ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif olunub.

2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının "Puşkin" medalı ilə təltif olunub.

Tarix
2016.07.03 / 18:54
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla