Yuxarı

Bu, dövlətimiz üçün prioritet məsələdir - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq Sovet İttifaqının tərkibində mövcud olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq böyük cəsarət və siyasi iradə tələb edirdi.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, həmin dövrdə əksər milli respublikaların rəhbərləri ana dili məsələsini gündəmə gətirməkdə aciz idi:

“Lakin Azərbaycanda ana dilimizin dövlət dili statusu alması uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi bu məsələdə də tarixi nailiyyətin əldə olunmasına möhkəm zəmin yaratdı. Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizədə bütün qüvvələri səfərbər edə bildi. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu Öndər Heydər Əliyev var gücü ilə Azərbaycan SSRİ-nin Konstitusiya layihəsinə ana dilimizin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Kremldə oturan partiya və hökümət rəhbərlərinin müxtəlif bəhanələrlə yaratdıqları bütün ciddi maneələrə baxmayaraq, Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri L.Brejnevlə görüşür və onunla danışdıqdan sonra Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyaya salınması məsələsini birdəfəlik həll edir. Nəticədə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu”.

Millət vəkili daha sonra Ulu Öndər Heydər Əliyevin bir sıra qanunverici təşəbbüslərinin Azərbaycan dilinin inkişafında mühüm rol oynadığını diqqət mərkəzinə çəkib:

“1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir”.

Daha sonra K.Qafarov bu gün ölkəmizdə dövlət dilinin qorunması və inkişafı məsələlərinin daim diqqət mərkəzində saxlandığını vurğulayaraq deyib:

“Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin uğurla həyata keçirilməsinin nəticələridir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan cənab Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etməsi, milli-mənəvi varlığımızın sübutu olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Tarix
2025.08.01 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla