Yuxarı

Bakıda 22 yaşlı qız mağazada öldürüldü - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 22 yaşlı qız mağazada öldürüldü - Yeniləndi

09:50

Bakıda qətl törədilib.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən mağazalardan birində qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Vidadi Əziz oğlu Qarayev tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlını bıçaqlayaraq öldürüb. V.Qarayev tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***

İyulun 2-də Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada 55 yaşlı iş adamının 22 yaşlı qızı qısqanclıq zəminində qətlə yetirməsi dəqiqləşib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Vidadi Qarayev Tərtər rayon sakini olan Gülpəri Aslanlı ilə bir müddət əvvəl tanış olduqlarını və aralarında münasibət yarandığını deyib. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

Bildirilir ki, V.Qarayev 22 yaşlı qızın boğazına bıçaqla vuraraq onu öldürüb. G.Aslanlı Tərtərdə dəfn edilib.

Tarix
2016.07.04 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla