Yuxarı

AZAL-dan sərnişinlərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-dan sərnişinlərə xəbərdarlıq

Yay tətil mövsümünün başlanması və Heydər Əliyev Beynəlxalq Hava Limanında yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq Azərbaycan Hava Yolları"QSC (AZAL) Bakıdan uçan sərnişinlərə aviabiletdə göstərilən uçuş vaxtına üç saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyə edir.

AZAL-ın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bundan başqa, Türkiyəyə giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 90 gün ərzində etibarlı olmalıdır. Türkiyədə qalmaq üçün viza olduğu halda, pasport vizanın müddəti başa çatdıqdan sonra 60 gün ərzində etibarlı olmalıdır.

Əlavə sual yaranarsa, aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaq:

(+99412) 598-88-80 və ya *8880, və yaxud da [email protected] e-mailinə yazmağınız xahiş olunur.

Reyslərin gəliş və gediş cədvəlini hava limanının fasiləsiz fəaliyyət göstərən məlumat xidmətinə aşağıdakı telefon nömrəsi vasitəsilə zəng edərək müəyyənləşdirmək mümkündür: (+99412) 497-27-27 və yaxud da aşağıdakı linkdə faylı yükləmək mümkündür:

https://www.azal.az/upload/pdf/Summer_Timetable_AZAL_AZALJET_AZ.pdf

Tarix
2016.07.04 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla