Yuxarı

Bakıda maşın oğruları tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda maşın oğruları tutuldu

Sabunçu rayonu ərazisində avtomobil oğurluğu olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hadisə iyunun 29-da baş verib.

Xəzər RPİ 2-ci PB əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Rza Əhmədova məxsus VAZ-2107 markalı avtomobil üzərində Bakı şəhər sakini Elxan Abbasova məxsus QAZ-31 markalı avtomobilə aid dövlət qeydiyyat nişanları ilə Buzovna qəsəbəsində tapılıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Zakir Mustafayev PB-ə gətirilib. Avtomobilə baxış zamanı VAZ-2107 markalı avtomobilə məxsus dövlət qeydiyyat nişanları yük yerində aşkar edilərək götürülüb.

Z.Mustafayev izahatında QAZ-31 markalı avtomobilə aid dövlət qeydiyyat nişanlarını Maştağa qəsəbəsi ərazisindən tapdığını deyib. Lakin araşdırma zamanı onun bu ilin yanvarın 24-də Yalçın Şükürova məxsus VAZ-2107 markalı avtomobili də qaçırdığı məlum olub.

Digər avtomobil oğurluğu isə Xəzər rayonunda qeydə alınıb.

İyulun 2-də Xəzər rayonunun Türkan qəsəbə sakini Əliqulu Quliyevə məxsus ZİL markalı avtomobil qaçırılıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Turac Məhərrəmov saxlanılıb.

Hər iki faktla bağlı cinayət işi açılıb.

Tarix
2016.07.04 / 17:50
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla