Yuxarı

Çıxışları ilə gündəm olan vəkil vəzifəsindən azad edilib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baker Tilly Azerbaijan" şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə direktoru Fərhad Pərvizinin vəzifəsindən azad edilməsi ilə bağlı iddialar səsləndirilir.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, sosial mediada edilən paylaşımlarda onun vəzifəsindən azad edilmə səbəbi son günlərdə genderəsaslı ayrı-seçkiliyi legitimləşdirən çıxışları ilə rezonans doğurması göstərilib.

Sözügedən çıxışlar ictimai müzakirələrə və qınağa səbəb olduğu üçün "Baker Tilly International"ın baş icraçı direktoru Françeska Lagerberq məsələdən xəbərdar olduqlarını və bir də bu halların yaşanmaması üçün həmin şəxslə söhbət aparıldığını və "Baker Tilly Azerbaijan" şirkəti ilə daimi əlaqədə olduqlarını bildirib.

Bu gün sosial media istifadəçiləri tərəfindən edilən paylaşımlarda Fərhad Pərvizinin məhz genderəsaslı ayrı-seçkiliyə yol verən çıxışlarından sonra kütləvi şikayətlər əsasında vəzifəsindən azad edildiyi bildirilib.

Fərhad Pərvizi əlaqə saxlanılıb və o işdən çıxarılması ilə bağlı yayılan iddiaları nə təkzib, nə də təsdiq edib:

"Bu məsələ ilə bağlı "Baker Tilly" komandası ilə əlaqə saxlayın. Mən bu məsələni şərh edə bilmirəm, səlahiyyətim yoxdur".

Tarix
2025.08.05 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurdan keçməklə Naxçıvana çox gedib-gəlmişəm...

Əli Əsədov Kobaxidze ilə görüşdü

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Nazir Rza Məmmədova vəzifə verdi

Tramp, Əliyev və Paşinyan görüşünün - Təfərrüatı

Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla