Yuxarı

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür.

Axar.az xəbər verir ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılmışdır.

1919-cu ilin yayında ingilislər Bakını tərk etdikdən sonra şəhər limanının idarəsi və hərbi gəmilərin bir hissəsi Azərbaycan hökumətinə təhvil verilmişdir. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil olunmuşdur. Azərbaycan hökumətinin bu addımı ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm rol oynamışdır.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun rəhbərlik etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu və simsiz teleqraf qurğuları almışdır.

Azərbaycan hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılmasına kömək etmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət etmişdir. "Astrabad", "Qars" və "Ərdəhan" hərbi gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırılmışdır.

Lakin aprel işğalı nəticəsində hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları həyata keçirilməmişdir. Bolşeviklərin gəlişi ilə Azərbaycan Hərbi Donanması ləğv olunmuşdur.

SSRİ-nin dağılması ilə Azərbaycanda hərbi-dəniz donanmasının yaradılması üçün şərait yaranmışdır. 1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası təsis olunmuşdur. Xəzər Hərbi Dəniz Donanmasının 25%-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının tabeçiliyinə verilmişdir.

1992-ci il iyunun 26-da "Bakılı" keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılmışdır. Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılmışdır.

Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur. Bu gün, Azərbaycanın hərbi donanmasının tarixini, nailiyyətlərini və gələcək perspektivlərini xatırlamaq və təqdir etmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Tarix
2025.08.05 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir Rza Məmmədova vəzifə verdi

Tramp, Əliyev və Paşinyan görüşünün - Təfərrüatı

Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

Əli Əsədov Türkmənistanda

Mixail Qusman yeni vəzifəyə təyin olunub? - Özü açıqladı

Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi

Şahin Şıxlinski barəsində qərar verildi

Sahibə Qafarova Türkmənistan məclisinin sədri ilə görüşdü

İran həbs edilən vətəndaşlarımız barədə məlumat vermir - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla