Yuxarı

Nazir Rza Məmmədova vəzifə verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Rza Məmmədova vəzifə verdi

Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni tədris işləri üzrə prorektor təyin olunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu vəzifə Rza Məmmədova həvalə olunub.

Rza İbrahim oğlu Məmmədov 1989-cu il mayın 21-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2006-cı ildə Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə başa vurub. Ali təhsilinə Türkiyənin Anadolu Universitetində başlayıb və 2007–2010-cu illərdə “İqtisadiyyat” ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.

2011-ci ildə Naxçıvan Dövlət Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” üzrə magistr təhsilinə qəbul olunub və 2014-cü ildə magistr dərəcəsi alıb. Daha sonra 2014–2018-ci illərdə Türkiyənin Eskişehir Osmangazi Universitetində “Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı” üzrə doktorantura təhsili alıb. O, bu sahədə dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi qazanıb. Bu dərəcə 2021-ci ildə Azərbaycanda nostrifikasiya olunub.

Rza Məmmədov 2011-ci ildən bəri müxtəlif akademik və inzibati vəzifələrdə çalışıb. 2023-cü ildən ADA Universitetində magistr proqramlarında dərs deyir və dissertasiya rəhbərliyi edir. Həmin ildən “Naxçıvan” Universitetində Elm, İnnovasiyalar və Beynəlxalq Əlaqələr üzrə prorektor, eyni zamanda idarəetmə kafedrasının dosentidir.

O, həmçinin Azərbaycan İdman Akademiyasında rektorun elmi məsələlər üzrə məsləhətçisi, Sumqayıt Dövlət Universitetində rektorun müşaviri və “Biznesin idarə edilməsi” kafedrasının dosenti olub. 2025-ci ilin martından ADNSU-da rektorun idarəetmə məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, Rza Məmmədov təhsilin idarəedilməsi, liderlik və strateji yanaşmalar sahəsində 10-dan çox kitabın müəllifi və həmmüəllifi, 15-ə yaxın beynəlxalq məqalənin və 20-dən çox konfrans çıxışının müəllifidir.

Tarix
2025.08.04 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Monteneqro ilə vizasız rejim ləğv edilir? - Rəsmi Bakıdan cavab

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb

Mahmud Abbas İlham Əliyevə məktub göndərdi

Karapetyan Azərbaycanla bağlı yalan danışır - Rubinyan

Azərbaycanla münasibətlər daha da inkişaf etməlidir - Vali

Bayramov gürcü həmkarı ilə danışdı

Somalinin "Somaliland" bölgəsinin tanınması... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla