Yuxarı

Azərbaycanda məhkəmə sədri özünə etiraz etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov icraatına verilən iş üzrə özünə etiraz edib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, iş 4 iyul 2025-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olub və “Elektron məhkəmə” informasiya sistemində qeydə alındıqdan sonra təsadüfi paylanma (bölüşdürmə) yolu ilə onun icraatına verilib.

Sədr Neftçala şəhərində özünə məxsus yaşayış yeri olmadığına görə Neftçala Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunduğu vaxtdan etibarən kirayədə yaşayıb, 2024-cü ilin sentyabr-oktyabr aylarında daha əvvəl kirayədə yaşadığı mənzildən müəyyən səbəblərə görə çıxmalı olub.

Daha sonra tanıdığı şəxslərin köməyi ilə başqa mənzil axtarmağa başlayıb. 2024-cü ilin oktyabr ayında iş üzrə təqsirləndirilən şəxsin Neftçala şəhərində yerləşən mənzilini kirayə verdiyini öyrənib. Onunla hər ay 320 manat kirayə haqqına razılaşıb, 16 oktyabr 2024-cü il tarixindən etibarən həmin mənzildə yaşamağa başlayıb. Həmin vaxt və bundan sonrakı dövrdə, yəni cari ilin iyun ayının sonunadək yuxarıda göstərilən cinayət işi, o cümlədən, haqqında cinayət təqibinin aparıldığı barədə, ümumiyyətlə, heç bir məlumatı olmayıb. Bu barədə təsadüf nəticəsində 2025-ci ilin iyun ayının sonunda məlumat alıb. Bundan dərhal sonra başqa mənzil axtarmağa başlayıb və iyul ayının 10-da təqsirləndirilən şəxsə məxsus mənzildən çıxıb başqa evə köçüb.

Sədr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq olaraq 10-cu və 28-ci maddəsində təsbit olunmuş qanunçuluq, obyektivlik, qərəzsizlik və ədalətlilik prinsiplərini rəhbər tutduğunu, hazırkı işdə də həmin prinsipləri rəhbər tutduğunu, lakin ədalət mühakiməsini həyata keçirən hakimin öz obyektivliyinə, qərəzsizliyinə və ədalətliliyinə daxili əminliyi nə qədər vacibdirsə, onun kənardan (zahirən) obyektiv, qərəzsiz və ədalətli görünməsi, habelə yalnız qanuni qərar qəbul edəcəyinə dair ətrafdakı insanların inamı (etimadı) da bir o qədər əhəmiyyətli olduğunu bildirib.

Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Ceyhun Qədimovun özünə etirazı qəbul edilib.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimovun özünə etdiyi etiraz təmin edilib.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

Tarix
2025.08.05 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurdan keçməklə Naxçıvana çox gedib-gəlmişəm...

Əli Əsədov Kobaxidze ilə görüşdü

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Nazir Rza Məmmədova vəzifə verdi

Tramp, Əliyev və Paşinyan görüşünün - Təfərrüatı

Yəmən Prezident Şurasının sədri Bakıya dəvət olundu

Tramp Bakı və İrəvan arasında sülhə yaxındır - Senator

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla