Yuxarı

Hərbi prokuror Mirzəyevlə birgə hərbçilərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini- Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyevlə birlikdə dövlət sərhədlərində qulluq edən hərbi qulluqçularla görüşüb.

Bu barədə Axar.az-a Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, görüşlərdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları iştirak ediblər. Çıxış edənlər dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmkarlığı ilə əldə olunan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından bəhs ediblər.

Daha sonra hərbi qulluqçuların qarşısında hüquqi maarifləndirici məzmunda çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Hərbçilərin məişət və xidmət şəraiti ilə bağlı məsələləri, həmçinin qayğı və problemləri dinlənilib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Tarix
2025.08.05 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Berdiməhəmmədov ilə görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

Füzuli bu türk şəhəri ilə qardaşlaşacaq

Berdiməhəmmədov, Mirziyayev və Əsədov görüşdü

Zəngəzurdan keçməklə Naxçıvana çox gedib-gəlmişəm...

Əli Əsədov Kobaxidze ilə görüşdü

ABŞ konqresmeni: Tezliklə Azərbaycan və Ermənistan...

Rubiodan kritik zəng: Bakı və İrəvan arasında sülh...

Tehran agentlərini qəsdən Bakıda həbs etdirir - Səbəb

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla