Yuxarı

V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Bu gün Azərbaycanda V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət komissiyasından Axar.az-a verilən xəbərə görə, imtahanlar 14 şəhər və rayonda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 82 imtahan mərkəzində təşkil olunacaq. İmtahanda ümumilikdə 40771 nəfər iştirak edəcək.

İmtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 23504 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 13039 nəfər əvvəlki illərin məzunları və eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 1081 nəfər IX sinif, 3147 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 386 imtahan rəhbəri, 3560 nəzarətçi-müəllim ayrılıb.

Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə iyunun 27-dən etibarən çap edib götürə bilirlər. Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər. Göstərilən sənədlərindən biri olmayan və imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn şəxslər imtahan binasına buraxılmayacaqlar.

Tarix
2016.07.05 / 08:54
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla