Yuxarı

Qumar oyunları təşkil edən dəstə saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qumar oyunları təşkil edən dəstə saxlanıldı - Video

Daxili İşlər Nazirliyi tərəfindən aparılan profilaktik tədbirlərə baxmayaraq sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarının təşkil edilməsi hallarına rast gəlinməkdədir. Qeyd edilən qanunsuz hərəkətlərə qarşı mübarizə istiqamətində Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən növbəti dəfə bir-neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib.

Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Adları sadalanan şəxslər ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb onlardan "fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə ediblər.

Daha sonra onlar sosial platformalarda “Kral Kazino" və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb edilmələri istiqamətində tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2025.08.06 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla