Yuxarı

1937-nin körpüsü bərpa edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
1937-nin körpüsü bərpa edildi - Video

Daşkəsən rayonunda bir müddət əvvəl aramsız yağan yağışlar nəticəsində qəzalı vəziyyətə düşən körpü bərpa edilib.

Azəravtoyol ASC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 1937-ci ildə inşa edilən və istismar müddəti bitən körpü 24 kilometr uzunluğunda olan Dəstəfur-Qıyıxlı avtomobil yolunun 9-cu kilometrliyində yerləşir.

Metal konstruksiyadan ibarət körpünün uzunluğu 10, hündürlüyü 8, eni isə 3,5 metrdir. Təmir-bərpa işləri zamanı körpü, demək olar ki, sökülərək yenidən tikilib. Dayaqlar və hərəkət hissə dəmir-beton, aşırım hissə isə metal konstruksiyalardan yenidən inşa edilib.

Daşkəsən-Xoşbulaq yolunun 5-ci km-də də selin yaratdığı fəsadlar aradan qaldırılıb. Yol daha təhlükəsiz əraziyə doğru genişləndirilib. Genişləndirilmiş hissənin uzunluğu təqribən 100 metrdir.

Avtomobil yolunun altından suların ötürülməsi üçün iki gözlü, 12 paqon-metr uzunluğunda və 1500 mm diametrində boru quraşdırılıb.

Qeyd edək ki, sel suları bir müddət bundan öncə avtomobil yolunun bir hissəsini və iki ədəd su borusunu sıradan çıxarmışdı.

Tarix
2016.07.05 / 13:15
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

İsrail Suriyaya zərbə endirdi

Bütün region bunun bədəlini ödəyir - Ərdoğan

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla