Yuxarı

Cəlilabadda Qərb kəşfiyyatının ifşa etdiyi yeraltı baza - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəlilabadda Qərb kəşfiyyatının ifşa etdiyi yeraltı baza - Foto

Cəlilabadda Qərb kəşfiyyatının ifşa etdiyi yeraltı hərbi baza bu gün də qalır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Ağdaş kəndi ərazisində Sovet İttifaqı dövründə inşasına başlanılmış, lakin tamamlanmamış yeraltı hərbi obyektin qalıqları bu gün də durur.

Meşəlik ərazidə, yerin bir neçə metr dərinliyində yerləşən bu tikilinin bir vaxtlar sovet ordusunun gizli hərbi bazalarından biri kimi istifadə olunması planlaşdırılıb. Kənd sakinlərinin sözlərinə görə, ərazinin strateji mövqeyi nəzərə alınaraq burada səmadan görünməyən hava hücumundan müdafiə sistemi qurulması nəzərdə tutulub.

Tikinti işlərinə 1965-ci ildə başlansa da, 1968-ci ildə iş qəfildən dayandırılıb və yeraltı bunkerlərin əsas girişləri betonlanıb. Məlumata görə, inşaatın dayandırılmasına səbəb Qərb kəşfiyyatının bu hərbi obyektlə bağlı məlumat əldə etməsi olub.

Hazırda yalnız bunkerlərin dəhliz hissəsinə daxil olmaq mümkündür. Bir neçə yüz metr uzunluğundakı yeraltı keçidlər müəyyən aralıqlarla və qapılarla ayrılıb.

Bunkerlərin havalandırılması isə yer səthində görünən borular vasitəsilə təmin olunub.

Kadrlardan da göründüyü kimi, mişar daşı ilə hörülmüş divarlarda təmir işləri yarımçıq qalıb. Bir vaxtlar gizli hərbi məqsədlər üçün nəzərdə tutulan bu obyekt bu gün meşənin dərinliklərində tamamilə nəzarətsizdir.

Tarix
2025.08.07 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla