Yuxarı

Ev sahibini basdırıb, üstündə it damı tikdi...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ev sahibini basdırıb, üstündə it damı tikdi...

Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadisənin bəzi detalları üzə çıxıb.

Axar.az-ın "Şimal Nyus"a istinadla verdiyi məlumata görə, araşdırmalar zamanı bəlli olub ki, Ə.Əkbərov bir müddət əvvəl ailəsindən ayrılıb və ona məxsus evdə şübhəli S.Həsənəliyev kirayəçi kimi yaşayıb.

Belə ki, usta işləyən kirayəçi ev sahibini ov tüfəngi ilə qətlə yetirdikdən sonra cinayətin izini itirmək üçün ağlasığmaz üsula əl atıb. O, meyiti evin həyətində basdırıb və həmin yerin üzərində it damı inşa edib.

Hadisədən sonra Ə.Əkbərovun taleyi ilə maraqlanan şəxslərə isə kirayəçi yalan məlumatlar verib. O, ev sahibinin aliment borcları olduğu üçün hüquq-mühafizə orqanlarından gizləndiyini iddia edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ə.Əkbərov 3 il ərzində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Əməliyyat tədbirləri nəticəsində isə onun kirayəçisi Surəddin Həsənəliyev tərəfindən ov tüfəngi ilə qətlə yetirildiyi və meyitinin evin həyətində basdırıldığı üzə çıxıb.

Tarix
2025.12.26 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla