Yuxarı

Təzə telefonunuz bloklana bilər: 6 gün qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təzə telefonunuz bloklana bilər: 6 gün qaldı

Mobil şəbəkələrdən bir il ərzində fasiləsiz siqnal almayan telefonlar üçün kritik proses başlayıb.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, qanunvericiliyə əsasən, bu cihazların IMEI qeydiyyatı 31 dekabr 2025-ci il tarixindən etibarən deaktiv ediləcək, 1 yanvar 2026-cı ildən isə şəbəkəyə çıxışı tamamilə bağlanacaq.

Mütəxəssislərin hesablamalarına görə, təxminən 3 milyon mobil telefon bu risklə üz-üzədir. İstifadəçilər cihazlarının bağlanmasının qarşısını almaq üçün ilin sonuna qədər tədbir görməlidirlər.

2024-cü ildə qüvvəyə minən qaydalara əsasən, BTK (İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumu) qeydiyyatında olan, lakin 1 yanvar - 31 dekabr tarixləri arasında mobil şəbəkəyə qoşulmayan cihazlar "istifadə olunmamış telefonlar" kimi təsnif edilir. Bu telefonların IMEI nömrələri aktiv bazadan silinir və passiv siyahıya köçürülür. Nəticədə cihazlar işləsə də, zəng və mobil internetdən istifadə mümkün olmur.

Mütəxəssislər bildirirlər ki, telefonun sadəcə açılması kifayət deyil. IMEI-nin aktiv qalması üçün:

Cihaza aktiv SIM kart taxılmalı, telefon operatorun baza stansiyası ilə əlaqə qurulmalıdır, yəni cihaz real siqnal almalıdır.

Bu addım cihazın sistemdə "aktiv" kimi tanınmasını təmin edir.

Tarix
2025.12.25 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla