Yuxarı

Tərtərdə at kəsənlər ələ keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə at kəsənlər ələ keçdi

Tərtər rayonunda qanunsuz at kəsməklə məşğul olanlar aşkarlanıb.

Axar.az xəbər verir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər çərçivəsində iyulun 4-ü saat 1-2 radələrində Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Tərtər rayonunun Büləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda çəkisi 150 kq miqdarında olan 2 baş kəsilmiş at cəmdəyi aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Tərtər Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri rayonun Büləvətli meşəsində aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbir görüləcək.

Nazirlik bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Tarix
2016.07.05 / 15:31
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla